Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:09

Nemət Pənahlının apelyasiya şikayəti təmin edilmədi


Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının apelyasiya şikayətinə baxılıb. Bu haqda AzadlıqRadiosuna Nemət Pənahlının vəkili Elçin Sadıqov məlumat verib.

Şikayət Nəsimi rayon Məhkəməsinin yanvarın 10-da onun haqqında çıxardığı 2 aylıq həbs qərarı ilə bağlı olub.

Vəkil AzadlıqRadiosuna deyib ki, şikayət təmin edilməyib, Nəsimi rayon Məhkəməsinin qərarı qüvvəsində saxlanıb.

Nemət Pənahlı və onun dostu Ceyhun Fərzəliyev Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (xuliqanlıq, silahdan və silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) ittiham olunur. Həbsə səbəb isə yanvarın 7-də Eldar Rzayev adlı şəxsin polisə müraciəti olub. O bildirib ki, Mirəli Qaşqay küçəsində tanışı Nemət Pənahlı və Ceyhun Fərzəliyev onu döyüb.

Qarşı tərəf ittihamları qəbul etmir.
XS
SM
MD
LG