Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:40

Xarici diplomatlar İranın nüvə zavoduna baş çəkiblər


Xarici diplomatlar bazar günü İranın Natanz şəhərindəki nüvə zavoduna baş çəkiblər.
Bu obyektdə uran zənginləşdirilir.

Prosesdə Əlcəzair, Misir,Oman,Kuba və Venesueladan olan diplomatlar iştirak edib.

Qeyd edək ki, Rusiya, Çin və Avropa Birliyi İranın nüvə obyektlərinə baş çəkməklə bağlı Tehranın təklifini qəbul etməyiblər.

Gələn həftənin sonunda İstanbulda İranla 6 aparıcı dünya ölkəsi arasında növbəti danışıqlar gözlənilir.

Tehran uran zəngiləşdirmək planından əl çəkmədiyinə görə BMT-nin yeni sanksiyaları ilə üzləşib.

Qərb hesab edir ki, İran uran zənginləşdirilməsindən nüvə silahının istehsalında da istifadə edə bilər.
Tehran ittihamı rədd edir.
XS
SM
MD
LG