Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:44

"İnter" Birlik kubokunda ikinci qələbəsini qazandı


Ötən il Azərbaycan çempionu olmuş “ İnter” klubu Sankt Peterburqda keçirilən ənənəvi “Birlik kuboku” da ikinci qələbəsini qazanıb.

“İnter” bu dəfə 3:0 hesabı ilə Tacikistanın “İstiklol” komandasını məğlub edib.

Bu dəfə Bronislav Çervenko, Karls Fons və Şəhriyar Rəhimov fərqləniblər.

Hazırda “İnter” 6 xalla B qrupuna liderlik edir və komanda artıq “pley-off” mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, “İnter” şənbə günü keçirilmiş ilk oyunda Qırğızıstan çempionu “Neftçi”ni də eyni hesabla məğlub edib.

“İnter” yanvarın 18-i qrupun son oyununda Moldova çempionu “İskra-Stal” komandası ilə qarşılaşacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG