Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:38

Aksiyada saxlananlar buraxılıblar


Yanvarın 15-də Bakı-Sumqayıt yolunu bağladığı üçün saxlanan 4 aksiyaçı buraxılıb. Bu haqda AzadlıqRadiosuna aksiya iştirakçılarından biri Namiq Balayev məlumat verib.

Aksiya yanvarın 15-də Binəqədi rayonu ərazisində Bakı-Sumqayıt yolunda tikilmiş qanunsuz evlərin sökülməsinə etiraz olaraq keçirilib. Polis aksiyanı dağıdandan sonra yolda hərəkəti bərpa etmişdi.

Bir neçə gündür Bakı Beynəlxalq Avtovağzalın yaxınlığındakı qanunsuz tikililər sökülür. Əsasən məcburi köçkün ailələrinin məskunlaşdığı ərazidə 70-dən çox ev var. Onlar evlərindən köçmək istəmir və vaqon evlərə köçürülmələrinə etiraz edirlər.

Qaçqınlarla və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən bildirirlər ki, köçkünlər vaqonlarda müvəqqəti yaşayacaqlar. Sakinlər üçün dövlət müasir standartlara uyğun mənzillər tikir.

Ərazidə evlərin sökülməsinə səbəb isə inşa olunacaq «Avtovağzal» metrostansiyasının həmin ərazidən keçməsidir.
XS
SM
MD
LG