Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:27

Sudanda referendumun nəticəsi gələn ay bəlli olacaq


Sudanın cənubunda müstəqilliklə bağlı keçirilən referendum şənbə günü sona yetib.

Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Catherine Ashton referendumun dinc şəraitdə keçməsini alqışlayıb.

BMT-nin baş katibi Ban Ki-moon isə ölkə sakinlərini nəticələr bəlli olanadək sakitliyə çağırıb.

Səslərin sayılması bir neçə həftə vaxt apara bilər.

Rəsmi məlumatlara görə referendumda 60 faizdən çox seçici iştirak edib.

Bu referendumun baş tutması üçün kifayyətdir.

Əgər əksəriyyət Cənubi Sudanın müstəqilliyinə səs versə dünyada yeni dövlət yaranacaq.

Sudanın hakim partiyası cənubun müstəqilliyi ilə razılaşacağını bildirib.

Amma qeyd edib ki, sərhəd və neft məsələsi danışıqlar yoluyla həll olunmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG