Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:31

Rüşvətin cəzası sərtləşir



RÜŞVƏTİ VERƏNİ DƏ ONDAN 60 DƏFƏ ÇOX CƏRİMƏ GÖZLƏYİR

Prezident Dmitri Medvedevin administrasiyası Rusiyanın Cinayət Məcəlləsində rüşvətə görə cəzaların ağırlaşdırılması təklifi ilə çıxış edib. “Vedmosti” qəzetinin yazdfığına görə yeni təkliflər qəbul edilsə, rüşvət alanı və verəni rüşvət məbləğinin bəzi hallarda 100 qatı qədər cərimə olunacaqlar.

Qanun layihəsində yüzqat cərimə daha çox məbləğdə rüşvət almaya görə nəzərdə tutulur. Amma bu zaman cərimə 300 milyon rublu (təxminən 80 min manat) keçməməlidir.

Məmurun rüşvətə görə həbsi belə onu cərimədən azad eləmir. Sadəcə, cərimə məbləği bir qədər azaldılır. Bu halda rüşvətə görə həbsə atılan məmur aldığı rüşvətin əlliqatı həcmində cərimə ödəməlidir.

Bir qədər aşağı məbləğdə rüşvətin isə cəriməsi həmin rüşvətin 80 qatıdır.

Dövlət orqanlarının nümayəndələrinə rüşvət verənləri də verdiyi məbləğdən 60 dəfə artıq cərimə gözləyir.

VASİTƏÇİLƏR DƏ CƏRİMƏLƏNƏCƏK

Prezident Administrasiyası rüşvətin alınıb-verilməsinə vasitəçi olanların da daha sərt cəzalandırılmasını təklif edir. Qanun layihəsində qeyd edilir ki, həmin vasitəşilər məmura verilən rüşvətdən 90 dəfə çox cərimə olunmalıdır.

Sənəddə Rusiya vətəndaşlarının və şirkətlərinin xarici ölkələrdə də korrupsiya cinayətlərində iştiraka görə cəzalandırılması təklif edilir. Bu layihə qəbul olunsa, hüquq-mühafizə orqanları xaricdə korrupsiya cinayətlərinə yol vermiş Rusiya vətəndaşları və müəssisələri ilə bağlı araşdırma apara biləcəklər.

Transparency İnternational – Beynəlxalq Şəffaflıq təşkilatının 2010-cu ilə aid hesabatına görə Rusiya 178 ölkə arasında 154-cü sıradadır. Hesabata görə Rusiya Azərbacyandan daha korrupsiyalaşmış (178 ölkə arasında 134-cü yer) dövlətdir.

Azərbyacan qanunlarında da rüşvət alan və verən cəzalandırılır. Qanuna görə, rüşvət alan məmur üç ilədək müddətə vəzifə tutma hüququndan məhrum edilməklə, yaxud əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırlır. Rüvət verəni isə 1100 manatdan 2200 manata qədər cərimə və ya əmlakı müsadirə olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Sizin fikrinizcə, Azərbaycanda da rüşvət cəzalarının ağırlaşdırılmasına ehtiyac varmı? Fikirlərinizi yaxın, müzakirə edək.

XS
SM
MD
LG