Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:59

Əcnəbi turistlər üçün Azərbaycan nədən cazibədar deyil?


Şəki Karvansarası

Şəki Karvansarası

Yanvarın 14-də hökumətin 2010-cu ilin iqtisadi yekunlarına həsr edilən toplantısında prezident İlham Əliyev 2011-ci ili Turizm ili elan etdi.

«Panorama» verilişində iqtisadçılar Fuad Rəsulov və Nazim Məmmədov Azərbaycanda turizmin inkişaf yollarından və bu inkişafa mane olan amillərdən danışıblar.

Nazim Məmmədov:

«TURİZMİN İNKİŞAFI ÜÇÜN QARABAĞ MÜNAQİŞƏSİNƏ SON QOYULMALIDIR...»


«Azərbaycanda turizmin inkişafı üçün coğrafi iqlim var. Belə demək mümkünsə, siyasi sabitlik də var. Ancaq Azərbaycanda bütünlükdə turizmin inkişafı üçün Qarabağ münaqişəsinə son qoyulmalıdır. Söhbət ilk növbədə xarici turistlərin ölkəyə cəlb edilməsi baxımından gedir. Nə qədər ki, Ermənistanla müharibə şəraiti aradan qaldırılmayıb, xarici turistləri Azərbaycana cəlb etməyimiz çox çətin olacaq. Üstəlik, bizdə turizmin vəziyyətinin beynəlxalq standartlara cavab verməsi üçün çox işlər görməliyik. Ona görə də ilk növbədə daxili turizmin inkişafına fikir verilməlidir. Əhalinin gəlirləri artmalıdır, daha rəqabətli mühit yaradılmalıdır, infrastruktur işləri gücləndirilməlidir və
Nazim Məmmədov
əhali arasında maarifləndirmə işləri aparılmalıdır...».

Fuad Rəsulov:

«KORRUPSİYANIN VƏZİYYƏTİ YÜKSƏKDİR...»

«Turizm anlayışı çoxtərəflidir. Məsələn, ekoturizm, müalicəvi turizm, idman turizmi, istirahət turizmi və başqa turizm növləri var. Biz turizmin inkişafından danışanda, bir reytinq müəyyən etməliyik. Yəni, birinci növbədə hansı turizmi inkişaf etdirməliyik. Mən də Nazim müəllim kimi, istirahət turizminə xaricilərin yaxın vaxtlarda cəlb ediləcəyini gözləmirəm. Bu, təkcə Qarabağ münaqişəsiylə bağlı deyil. Xaricdən bir şəxs Azərbaycana gəlmək istəyirsə, ilk növbədə informasiyalara baxır. Azərbaycan cənubda İranla qonşudur, şimalda isə Dağıstanla. Bu xaricilər üçün təhlükə mənbəyidir. İran ətrafında hərbi əməliyyatlar ola bilər, Dağıstanda tez-tez terror olayları baş verir. Üstəlik, ölkənin imici burada başlıca rol oynayır. Beynəlxalq reytinqlərə görə, Azərbaycanda insan hüquqlarının vəziyyəti aşağıdır. Başqa tərəfdən də, Azərbaycanda korrupsiyanın vəziyyəti yüksəkdir...».

Şərhləri göstər

XS
SM
MD
LG