Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:29

İnter "Birlik Kuboku"da ilk qələbəsini qazandı


Azərbaycanın "İnter" klubu "Birlik Kuboku" da keçirdiyi ilk görüşdə Qırğızıstanın "Neftçi" komandasını 3:0 hesabı ilə məğlub edib.

Qolları Karlsons (19-cu dəqiqə), Çertoqanov (45) və Yeqorov (78) vurub.

Görüş Sankt-Peterburqun "Peterburqskiy" İdman-Konsert Kompleksində keçirilib.

Oyunun baş hakimi rusiyalı Vladimir Mişkov olub.

"İnter" sabah Tatarıstanın "İstiklol" komandasıyla görüşəcək.
A qrupunda "İnter"lə yanaşı "İskra-Stal" (Moldova), İstiqklol (Tacikistan) və "Neftçi" (Qırğızıstan) komandaları yer alır.

Bundan əvvəl Azərbaycanın iki klubu - "Neftçı" (2006) və "Xəzər Lənkəran" (2008) "Birlik Kuboku"nun qalibi olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG