Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:47

İLham Əliyev düşmənin əsdiyini deyir


Əminəm ki, Azərbaycanın güclü ordusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində öz sözünü deməlidir və vaxtı gələndə deyəcək.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

"Biz danışıqlar apardığımız zaman, eyni zamanda, ordu quruculuğuna böyük diqqət yetirir, ordunu gücləndiririk. Bu sahədə böyük uğurlara nail ola bilmişik.
Düşmən də bunu bilir və qorxudan əsir. Onların son aylarda verdikləri isterik, əsəbi və qorxu ilə dolu çıxışları bunun əyani sübutudur.
Onlar da yaxşı bilirlər ki, Azərbaycan ordusu istənilən anda düşmənə sarsıdıcı zərbə endirə bilər. O zərbə nəticəsində nəinki Dağlıq Qarabağda, Ermənistanda da vəziyyət başqa istiqamətdə inkişaf edə bilər" deyə prezident vurğulayıb.

İlham Əliyev qeyd edib ki, Azərbaycan sadəcə bu məsələni sülh yoluyla həll etmək istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG