Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:34

Gəncədə də İslam Partiyası fəallarına qarşı eyni ittiham


Yanvarın 14-də Yusif Ələkbərovun evinə baxış keçirilib

Yanvarın 14-də Yusif Ələkbərovun evinə baxış keçirilib

İslam Partiyasının Gəncə şöbəsinin rəhbəri Yusif Ələkbərovun evindən silah-sursat tapıldığı bildirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, yanvarın 14-də Yusif Ələkbərovun evinə baxış keçirilib.

Baxış zamanı oradan bir neçə ədəd avtomat silah, mərmi, qumbara və qadağan edilən dini ədəbiyyatın aşkar olunduğu qeyd edilir.

DİN-in məlumatında həmçinin deyilir ki, Y.Ələkbərovun tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İslam Partiyası qeydiyyata alınmayıb. Partiyanın sədri Mövsüm Səmədov və qanunsuz silah saxlama ittihamı ilə daha bir neçə partiya üzvü həbs edilib. Ancaq onların vəkilləri ittihamları qəbul etməyərək silah-sursatın qəsdən müdafiə etdikləri şəxslərin evlərinə atıldığını bildirirdilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG