Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:43

İranın nüvə obyektlərində yoxlama başlayıb


Şənbə günü İranın nüvə obyektlərində 2 günlük yoxlama başlayıb.

Tədbirdə iştirak edən ölkələr arasında Misir,Suriya,Venesuela və Kuba da var.

Amma Rusiya, Cin və Avropa Birliyi İrana nümayəndə göndərməkdən imtina ediblər.

Deyilənlərə görə Türkiyə ilə Braziliya da İranın təklifini rədd edib.

İran bu günlərdə bir sıra ölkələri onun nüvə obyektlərində yoxlama aparmağa çağırıb.

Amma İranın nüvə proqramıyla bağlı danışıqlarda iştirak edən ABŞ,Fransa, Böyük

Britaniya və Almaniya dəvət almayıblar.

Qərb hesab edir ki, İran uran zənginləşdirilməsindən nüvə silahının istehsalında da istifadə edə bilər.

Tehran ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG