Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 00:10

BP və Rosneft Arktikada işə başlayacaqlar


BP və Rosneft şirkətləri Arktikadakı nəhəng enerji yataqlarını araşdırmaq üçün razılaşma imzalayıblar.

Dünən bəyan edilmiş razılaşmaya görə BP-nin asiyalarının 5 faizi Rosneftdə, Rosneftin aksiyalarının 9,5 faizi isə BP-ə keçir.

Hər iki şirkət Şimal Buzlu Okeanının Rusiyaya aid hissəsindəki neft və qaz yataqlarının istismarında uzunmüddətli əməkdaşlıq qərarına gəliblər.

Məlumatlara görə BP-nin payı təxminən 8 milyard dollardır.

Rosneftin sədri və Rusiyanın baş nazir müavini İqor Seçin bildirib ki, bu razılaşma,
Rusiyanın dünyanın enerji dövlətləri arasında böyük rol oynamasından xəbər verir.

Həmçinin Böyük Britaniyanın energetika naziri Chris Nuhne razılaşmanı alqışlayıb və bunun iki ölkə arasındakı əlaqələri daha da dərinləşdirdiyini bildirib.

Məlumatlara görə bu yataqlarda milyardlarla barel neft və qaz ola bilər.
Amma bir sıra ABŞ rəsmiləri bu razılaşmadan narahatlıq bildiriblər.

Demokrat partiyasının üzvü Edward Markey bunun ABŞ-ın milli və iqtisadi təhlükəsizliyinə ziyan vurub-vurmamasına aydınlıq gətirmək üçün razılaşmaya yenidən baxmağa çağırıb.
XS
SM
MD
LG