Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:33

Nüvə silahları razılaşması Dumada ikinci oxunuşda keçdi


Rusiya parlamentinin aşağı palatasında ABŞ-la nüvə silahlarının azaldılmasına dair yeni müqavilə (START) yanvarın 14-də ikinci oxunuşda qəbul edilib. Üçüncü, sonuncu oxunuş bu ayın sonuna nəzərdə tutulur. Bundan sonra sənəd təsdiq üçün Federasiya Şurasına göndəriləcək.

Bir ildən çox polemikalardan sonra ABŞ Konqresi də dekabrda müqaviləni təsdiq edib. Respublikaçı senatorlar sənədin ABŞ-ın milli təhlükəsizliyinə ziyan vuracağını deyərək bəzi maddələrin dəyişdirilməsini tələb edirdilər. Moskva isə belə bir dəyişikliyin bütövlükdə müqavilənin ləğvinə səsb ola biləcəyi barədə xəbərdarlıq etmişdi.

Müqavilə hər iki ölkənin nüvə başlıqlarını üçdə-birə qədər azaltmasını nəzərdə tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG