Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:01
Prezident İlham Əliyev 2011-ci ili turizm ili elan edib. Bu haqda o yanvarın 14-də Nazirlər Kabinetinin iclasında bildirib.

Prezident 2011-ci ildə Bakıda 5 beşulduzlu hotelin açılacağını da deyib.

Dövlət başçısı hökumətə tapşırıqlar da verib. Bu tapşırıqlar ölkədə kosmik sənayenin yaradılması istiqamətində tədbirlərin görülməsi, orduya ayrılan xərclərin artırılması, müdafiə sənayesi sahəsində yeni müəssisələrin yaradılması ilə bağlıdır.

İlham Əliyev həmçinin Bayraq Meydanı ətrafında abadlıq işlərinin bu il başa çatdırılmalı, dəniz kənarında yerləşən sənaye zonasının ordan çıxarılmalı olduğunu da söyləyib.

İlham Əliyev bildirib ki, bu il istehlak bazarına nəzarət daha da gücləndirilməli, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verilməməli, inhisarçılıq meyllərinin qarşısı alınmalı, sahibkarlığın inkişafına diqqət yetirilməlidir.

Ötən ildən danışan prezident 2010-cu ildə Azərbaycan iqtisadiyyatının 5 faiz artdığını, ölkə qarşısında duran vəzifələrin yerinə yetirildiyini deyib.

Ölkədə yoxsulluğun səviyyəsinin 9,1 faiz olduğunu, yoxsulluğun son illər bir neçə dəfə aşağı düşdüyünü bildirib.

2010-cu ildə iqtisadiyyata 15.5 milyard dollar vəsait qoyulduğunu deyən prezident daxili investisiyaların xarici sərmayələri üstələdiyini və investisiyaların böyük bir hissəsinin qeyri-neft sektoruna qoyulduğunu söyləyib.

Dövlət başçısı Azərbaycan valyuta ehtiyatlarının 29.4 milyard dollara çatdığını da deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG