Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:36

Türkiyədə Azərbaycan İslam Partiyasına dəstək aksiyası keçirilir


Türkiyədə "Özgürder" adlı dinçi qrup yanvarın 14-də Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları İslam Partiyasının sədri Mövsüm Səmədovun dərhal azad edilməsini, Azərbaycan məktəblərində hicab qadağasının ləğv olunmasını tələb ediblər.

"Azərbaycanda hicab qadağasına son!", "Hicab qadağası Əliyevin utancıdır!", "Səmədov sərbəst buraxılsan!"; "İslama düşmən, İsrailə dost olma!" şüarları səsləndirən aksiya iştirakçıları bazar günü aksiyanı davam etdirəcəklərini bildiriblər.

Qeydiyyatsız fəaliyyət göstərən Azərbaycan İslam Partiyasının sədri Mövsün Səmədov və bu partiyanın daha bir neçə üzvü keçən həftə polisə müqavimət, qanunsuz silah saxlamaq ittihamları ilə tutulub.

M.Səmədov yanvarın əvvəlində partiyasının iclasında Azərbaycanda qız şagirdlərin baş örtüsü geyməsinə qoyulan qadağa görə ölkə rəhbərliyini sərt tənqid etmiş, prezidentin dəyişdirilməsinə çağırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG