Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:53

«Həm pul istəyir, həm də bal yazırlar»


Bakı Şəhər Dövlət Yol Polis İdarəsi
HƏMİŞƏ BELƏ YAZIRLAR

Sürücü Elşən Qasımovla Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin həyətində qarşılaşırıq. Üzündən narazılıq yağır, elə söhbətimizdə də narazılığını gizlətmir, deyir ki, yol-hərəkət qaydasını pozduğuna görə ondan 23 manat cərimə alıblar:

- İnzibati Xətlalar Məcəlləsinin (İXM) 151.1-di maddəm. Aşağı 15 manat olmalı idi. Məndən 23 manat aldılar. Həmişə belə olur, belə alırlar. Məndə yol nişanlarının tələblərinə cavab verilməməsidir.

- Bəs etiraz eləmədizmi ki, niyə sizə cərimənin yüksək həddi tətbiq olunur?

- Axı mənə heç vaxt 15 manat cərimə yazmazdılar. Həmişə belə yazırlar.

İXM-nin «Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar» bölməsinin 151.1-ci maddəsində 19 qayda pozuntusu üçün 15 manatdan 20 manatadək cərimə nəzərdə tutulub.

ÇALIŞARAM DAHA DANIŞMAYAM TELEFONLA

Əli Pənalıyev isə yanvarın 14-ü 50 manat cərimə, 1 manat da bank xərci ödəyib. Avtomobili idarə edə-edə telefonla danışdığına görə:

- Çalışaram daha danışmayam telefonla. 50 manat çoxdur. İndi olanda olur da.

ARTIQ PUL İSTƏNİLİR

Dövlət Yol Polisi İdarəsində cərimə olunmuş sürücülərdən alınmış sürücü vəsiqələrinin qaytarıldığı şöbədə isə Məmməd Qurbanovu qanıqara gördük. O deyir ki, pozduğu yol hərəkəti qaydasına görə istənilən cəriməni ödəməyə imkanı yoxdur, həm də iddia edir ki, qanunla ona düşən məbləğ yox, artıq pul istənilir, digər sürücülər isə ona məsləhət verirlər:

- 220 manat pul istəyirlər, həm də bal yazdı.

- Ödədin?

Dövlət Yol Polisi İdarəsində cərimə olunmuş sürücülər
- Üstümdə o qədər pul yoxdu axı. Bir də niyə ödəyim, qanunla 80 manat düşür bu maddəyə.

- Get denən ki, çek yaz, lap 250 manat olsun, aparım bankda ödəyim gəlim.

Məmməd Qurbanov İXM-nin 151.3-cü maddəsini pozub. Bu maddədə 5 pozuntu halı nəzərdə tutulub və cərimə məbləği 40 manatdan 60 manatadək, cərimə balı isə 4-dür. Amma o, cəriməni ödəmək üçün çek ala bilmir.

GET-GƏLƏ DÜŞMƏMƏK ÜÇÜN BORC ALIB

Məmməd Qurbanov deyir ki, ona çek verilməsi üçün gərək sürücülük vəsiqəsi qeydiyyatda olduğu rayon yol polisinə göndərilsin. Bu isə uzun çəkən prosesdir. Məmməd Qurbanova prosesi belə izah ediblər və o da get-gələ düşməmək üçün yoldaşlarından da borc edib 220 manatı ödəyib.

Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov isə sürücülərin onlardan cərimə məbləğindən artıq pul istənilməsi barədə iddialarının tam araşdırılmasının tərəfdarı olduğunu və birbaşa efirdə bu məsələlərə aydınlıq gətirə biləcəyini deyir.

CƏRİMƏ MƏBLƏĞİ POZUNTU HALLARINA UYĞUN TƏTBİQ EDİLİR

Bəs niyə adətən cərimə məbləğinin maksimum həddi tətbiq olunur?

Vaqif Əsədov deyir ki, əvvəla, cərimə məbləği pozuntu hallarına uyğun tətbiq edilir və maksimum hədd də kobud pozuntu olanda tətbiq edilir. Onun fikrincə, bu halda maksimum cərimə həddi tətbiq edilməlidir ki, sürücülərin məsuliyyəti artsın və onlar gələcəkdə qanun pozuntusuna yol verməsinlər.

Vaqif Əsədov
Vaqif Əsədov deyir ki, yol-hərəkət qaydasını pozmuş və barəsində inzibati protokol yazılmış sürücü Dövlət Yol Polisi İdarəsinə dəvət olunur, ona çek təqdim olunur, deyilən cərimənin məbləği müəyyən banklara ödənilir və sürücülük vəsiqəsi də qaytarılır.

Azadlıq və Sülhün Müdafiəsi Beynəlxalq Hüquq Təşkilatının sədri Mətləb Mütəllimli isə Vaqif Əsədovla razılaşmır:

AZƏRBAYCANDA SÜRÜCÜLƏRİN İŞİ ALLAHA QALIB

- Cərimə məbləğinin həddi ona görə qoyulur ki, polis sənədlərə baxanda bilsin ki, bu qayda pozuntusuna təsadüfən yol verilib, yoxsa sürücü daimi yol verir buna. Bu, bəhanədir sadəcə. Azərbaycanda sürücülərin işi Allaha qalıb.

Türkiyənin Manisa şəhərində yaşayan Ferudin Erduranlı isə deyir ki, onlarda hər halın ayrıca cərimə məbləği var:

TÜRKİYƏDƏ NECƏDİR?

- Əgər sürücü cəriməni bir həftə ərzində ödəyirsə, məbləğin 25 faizi ona əfv edilir. Məsələn, deyək ki, kəmər taxmamağın cəriməsi Azərbaycan pulu ilə 100 manat edir, bir həftə ərzində ödəməli olsa, onda 75 manat ödəyəcək.

Azərbaycanda isə söhbət elədiyimiz sürücülər deyirlər ki, elə qanunda nəzərdə tutulan məbləğ düzgün tətbiq edilsin, onlar onda yol polisindən çox razı olarlar.

Şərhləri göstər

XS
SM
MD
LG