Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:14

İran “internet polisi” yaradır


İranda yarı-rəsmi İSNA agentliyi hökumətin “bütün müasir cinayətlər”lə mübarizə üçün xüsusi kiber polis dəstəsi yaratdığını bildirir.

Agentlik İranın Daxili İşlər nazirinin müavininə istinadla xəbər verir ki, 2009-cu ildə baş vermiş etiraz aksiyaları zamanı müxalifət fəalları internetdən güclü istifadə ediblər. İndi yeni polisin vəzifəsi beynəlxalq şəbəkədən “sui-istifadə”nin qarşısını almaqdır.

2009-cu ildə keçirilmiş mübahisəli prezident seçkisindən sonra müxalifət fəalları hökumət qüvvələrinin nümayişçilərə necə divan tutumaları barədə foto və video materialları internetdə yaymışdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG