Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:23
Müsavat Partiyası Sumqayıt şəhər təşkilatından 15 nəfər istefa verib. Onlar istefalarının səbəbiylə bağlı bəyanat da yayıblar.

15 nəfrədən biri Kəramət Salayev AzadlıqRadiosuna deyib ki, partiyadan getmələrinin səbəbi Müsavatın siyasi kursunu dəyişməsi və hakimiyyət uğrunda mübarizədən daşınması ilə bağlıdır:

«Partiyanın tutduğu bu yolla razılaşmırıq. Demokratik düşərgədə toparlanmanı, birləşməni qarşısına məqsəd qoyan siyasətçilərlə aparılan danışıqlar pozulduğu üçün partiyadan getdiyimizi bəyan etdik».

Partiyanın Sumqayıt şəhər təşkilatının rəhbəri Fəxrəddin Abbas deyir ki, Müsavatdan gedənlər fəal müxalifətçilər deyil, onlardan cəmi iki nəfər Şura üzvü olub. Onun qənaətincə, bu addım iki məqsədlə atıla bilər:

«Bir qrup müsavatçı ya hakimiyyətin sifarişiylə partiyanı tərk edir, yerli təşkilatlardan qopmalar olduğunu göstərmək istəyirlər, ya da bu bir müddət öncə partiyadan istefa verənlərə dəstək məqsədilə atılmış addımdır».

Müsavat başqanının müavini Mehman Cavadoğlu bu istefaların gözlənən olduğunu bildirir:

«Bu bir qrupdur, 8-10 adamdır. Bəyanatı imzalayan 15 nəfərdən artıq bir neçəsi imzadan imtina edib, səhv etdiklərini deyiblər. Bu adamların partiyadan gedəcəyi əslində gözlənirdi. Həmin qrupun üzvləri bir qədər əvvəl Müsavatı tərk edən şəxslərlə yaxınlıqları ilə seçilirdilər».

Bir qədər əvvəl Müsavat Ali Məclisinin sədri Sülhəddin Əkbər, Divan üzvləri İbrahim İbrahimli, Adil Qeybulla və Qabil Hüseynli partiyadan getdiklərini bəyan ediblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG