Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:06

«Dəyanət Səmədova psixoloji təzyiq göstərilib»


İslam Partiyasının sədri Mövsüm Səmədovun əmisi oğlu Dəyanət Səmədova psixoloji təzyiq göstərilib. O da məcbur qalıb ittihamı boynuna götürüb.

Bu haqda AzadlıqRadiosuna Dəyanət Səmədovun vəkili Anar Qasımov məlumat verib:

«Dəyanət bildirdi ki, onu ifadə verməyə məcbur ediblər. Ona deyiblər ki, ittihamı götür boynuna, əmini – Mövsüm Səmədovun atasını azadlığa buraxarıq. Yoxsa yaşlı adamdı, onu da içəri salarıq və sairə. Həm də deyiblər ki, bu halda üç ay şərti cəza alarsan. Bu cür aldadıblar. O da yazıb ki, silahı tapmışam, amma polisə təhvil verməmişəm».

Dəyanət Səmədova qarşı 228.1 maddəsiylə iş açılıb, o qanunsuz silah saxlamaqda ittiham olunur.

DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə hesab edir ki, Dəyanət Səmədov da, onun vəkili də məntiqsiz danışırlar:

«Məntiq olmalıdır. Necə ona təzyiq göstərilir ki, işlədiyi mağazadan axtarış zamanı silah-sursat aşkarlanıb götürülüb. Hal şahidlərinin gözü önündə silah-sursat aşkar edilib. İndi deyir ki, ona təzyiq olunub?».

Dəyanət Səmədov aclıq aksiyası keçirməyə hazırlaşdığını deyib.
Rəsmi məlumata görə, Mövsüm Səmədov əmisi oğlu Dəyanət Səmədova iğtişaşlar törətməklə bağlı göstəriş verib. Onun işlədiyi mağazada isə axtarış vaxtı patron və silah aşkar edilib.
XS
SM
MD
LG