Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:22

Zibillikdən silah-sursat tapıldı


Tovuz rayon Polis Şöbəsindən verilən məlumata görə, Tovuz rayon Post Patrul Xidmətinin əməkdaşları yanvarın 13-də rayonun «Çinzavod» küçəsinin ərazisindəki zibillikdən xeyli sayda silah-sursat aşkarlayıb.

1 ədəd xaricdə istehsal olunmuş «beşaçılan» yivəli tüfəng, 1 ədəd qumbara, 1 ədəd qumbaraatan, 1 ədəd mərmi, 1 ədəd nömrəsiz, lüləsi kəsilmiş və istifadəyə yararsız ov tüfəngi, 32 ədəd müxtəlif çaplı güllə və 1 ədəd güllə darağı götürülüb.

Hazırda polis aşkarlanan silah-sursatın kim və ya kimlər tərəfindən zibilliyə atıldığını və aşkarlanan odlu silahların hansısa bir cinayətdə istifadə edilib-edilmədiyini araşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG