Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:11

Barroso: «Azərbaycanla viza danışıqları yaxın gələcəkdə başlayacaq»


«Biz viza rejiminin sadələşdirilməsinə dair razılaşmanı yaxın gələcəkdə müzakirə etməyə başlayacağıq. Bu, azərbaycanlıların Avropa Birliyinə (AB) səfərini asanlaşdıracaq. Yəni, yalnız bazar deyil, insanlar da yaxın olmaldır».

Bunu yanvarın 13-də prezdent İlham Əliyevlə görüşdən sonra birgə mətbuat konfransında Avropa Komissiyasının prezidenti Joze Maneul Barroso deyib.

Barroso pezidentlə danışıqlarda bir sıra məsələləri müzakirə edib:

«Biz iqtisadi inkişaf, iqtisadi əməkdaşlıq, Azərbaycanda siyasi islahatların aparılması, demokratikləşmə, regiondakı vəziyyət, təhlükəsizlik vəziyyəti, enerji və diversifikasiya məsələlərini müzakirə etdik».

Avropa Komissiyasının prezidenti bildirib ki, Azərbaycan AB-nin strateji müttəfiqidir: «Biz Azərbaycanın istehsalçı və tranzit ölkə kimi oynadığı rolu qiymətləndiririk».
XS
SM
MD
LG