Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:37

Nazarbayevin səlahiyyətləri 2020-ci ilədək artırıla bilər


Qazaxıstan presidenti Nursultan Nazarbayevin səlahiyyətləri 2020-ci ilədək artırıla bilər. Əgər prezidentin etirazına baxmayaraq referenduma çıxarılacaq məsələ təsdiqlənərsə.

Qazaxıstan parlamentinin iki palatası yanvarın 14-də birgə iclas keçirərək yekdilliklə prezidentin səlahiyyətlərini artırmağa icazə verən referendumun keçirilməsinə səs verib.

Qanunvericiliyə edilən dəyişikliyə görə, “xalqın lideri” statusu alan Nazarbayevin səlahiyyəti referendum yolu ilə uzadıla bilər. 70 yaşlı prezident 20 ildən artıqdır ki, Qazaxıstana rəhbərlik edir.

Yanvarın 7-də Nazarbayev parlamentin referendum təklifini qəbul etməyib. Ancaq bu günkü səsvermə prezidentin vetosuna üstün gəlib.

Mərkəzi Seçki Komissiyası bildirib ki, təşəbbüs qrupu referendum keçirilməsi üçün 5 milyondan çox seçicinin imzasını toplayıb. Bu isə seçicilərin 55 faizi deməkdir.

ABŞ bu planı tənqid edib, onu demokratiyanın geriləməsi adlandırıb.
XS
SM
MD
LG