Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:22

ABŞ İranla əlaqəli daha 26 şirkətə sanksiya qoydu


ABŞ İranın raket proqramı ilə əlaqədə olduğu güman edilən 26 şirkətə sanksiya qoyub. Amerikanın maliyyə nazirliyinin bəyanatında deyilir ki, Honkonq və Men adasında yerləşən bir neçə firmanın İranın müdafiə nazirliyinə daxil olan milli gəmiçilik, eləcə də aviasiya və kosmik sənaye şirkətləri ilə əlaqəsi var.

Sanksiyalara əsasən ABŞ vətəndaşlarının bu şirkətlərlə işləməsi qadağan edilir, həmçinin şirkətlərin Amerika banklarındakı hesabları «dondurulur».

Qərb ölkələri İranın nüvə silahı hazırlayacağından ehtiyat edir, bir neçə dəfə sanksiya tətbiq edib. Rəsmi Tehran isə mübahisəli nüvə proqramının dinc məqsədli olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG