Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:33

Barrozoya universitetin fəxri doktoru adı veriləcək


Bakı Dövlət Universiteti Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozoya universitetin fəxri doktoru adı veriləcək. Yanvarın 13-də universitetin Ali Elmi Şurasının keçirilən iclasında bununla bağlı qərar olunub.

BDU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ali Elmi Şurada çıxış edən rektor Abel Məhərrəmov qeyd edib ki, Joze Manuel Barrozo 6 universitetin professoru, iki universitetin fəxri doktoru, 6 monoqrafiyanın və 48 məqalənin müəllifidir. Ali Elmi Şurada çıxış edən Ağalar Abbasbəyli və Rüstəm Məmmədov bildiriblər ki, Joze Manuel Barrozonun elmi fəaliyyətinin əsas sahəsi avrointeqrasiyadır. Natiqlər Avropa Komissiyasının prezidentini bacarıqlı siyasətçi, alim, dövlət xadimi kimi xarakterizə ediblər. Onun Azərbaycana səfəri, o cümlədən Bakı Dövlət Universitetinə baş çəkməsi yüksək qiymətləndirilib. İclasında sonunda Ali Elmi Şura Joze Manuel Barrozoya Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilməsi barədə qərar qəbul edib.

Joze Manuel Barrozo yanvarın 14-də Bakı Dövlət Universitetində Azərbaycan-Avropa İttifaqı münasibətləri mövzusunda mühazirə söyləyəcək.

Avropa Komissiyasının prezidenti yanvarın 14-də Azərbaycandan Türkmənistana yola düşəcək.
XS
SM
MD
LG