Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:01
Zümrüd YAĞMUR


Azərbaycan siyasətindəki yaramazlıq, dönüklüklər, şərləmələr, dünən olduğun komandanı satıb, ya da tərk edib oraya lənətlər yağdırmaq kimi naqisliklər ədəbiyyatımızda da elə bir sürətlə yayılmağa başlayıb ki, indiki halda susmaq bir az çətinləşir.

Düzdür, bu yazını yazarkən bir az risqə girdiyimi, hətta hakimiyyət əleyhinə yazdığım yazıları yazarkən ehtiyatlanma hiss etmədiyim halda indi bir qədər ehtiyatlandığımı etiraf edirəm, çünki söyüş söyməyi, ədəbsz ifadələrlə şərləməyi özünə peşə etmişlərin qəzəbinə gələcəyim təhlükəsi ilə üzləşə biləcəyimi bilirəm.

Ədəbiyyatdakı polemikalardakı ədəbdən kənar ifadələr, ya da bir-birinin ünvanına səsləndirilən ifadələr bu yazının predmeti deyil.

Mənə maraqlı olan bu deyil və əslində bunun ədəbiyyata nə qədər ziyan verdiyini də söyləməyi yersiz hesab edirəm, çünki bu zatən ortadadr.

Bəs onda nə baş verir və mən niyə bu yazını yazmaq ehtiyacı duydum?!

Ədəbiyyatda da eynən siyasətdə olduğu kimi indi ürək bulandıran bir kirlənmə prosesi gedir və bunun əsas aktyorları kimdir, hamıya bəllidir, amma baş rol ifaçılarının bu qədər monopolist düşüncədə olub sonra da hakimiyyəti tənqid etmək cəhdlərini anlamağa çalışanda qəribə bir mənzərə ilə qarşılaşırsan.

Bəli, səhv oxumadınız, ədəbiyyatda bu gün monopoliyaya alma iddiası baş alıb gedir.

Məsələn, Rasim Qaracanın yazılarındakı inadkar monopoliyaya alma iddiaları həmişə hiss olunub, sanki Azərbaycan ədəbiyyatında AYO-dan kənarda heç bir proses gedə bilməz, ya da nə baş verirsə AYO-da baş verməlidir, bütün ədəbiyyat, ədəbi proses, ədəbi saytlar, ədəbiyyatla maraqlanan nəşriyyatlar Rasim Qaracanın qılıncının altından keçməlidir, kənarda olanlar boş və mənasızdır.

Belə olmur axı, əgər biz demokratiya deyiriksə və üstəlik AYB-ni avtoritarizmdə günahlandırırıqsa onda bəs niyə eyni şeyi təkrarlayırıq?!

Rasim Qaracanı hiddətləndirir ki, Qan Turalı “Abzas.net” saytının “Adyazar”dan daha tez populyarlaşmasını dilə gətirir, nə olsun, bu məgər pisdirmi, təbrik etmək lazım.

“Ən yeni ədəbiyyat” seriyasından Xalid Kazımlının, Kənan Hacının, Sevinc Çılğının kitabları nəşr olunmağa başlayrsa, ya da Şahbaz bəy başqa bir müsabiqədə iştirak edirsə demək düşmənmi oldu?

Şahbaz bəyi niyə şəxsi mülkiyyətinizə çevirib monopoliyanıza almağa cəhd edirsiniz ki, sizdən kənar ədəbi proseslərə qatılmaq istəyəndə də bu qədər qəzəb püskürürsünüz?

Mənim Şahbaz bəyi qorumaq, ya da müdafiə etmək fikrim yoxdur, mən “Qanun” nəşriyyatında öz maddi vəsaitimlə kitab nəşr etdirirəm ki, bu işi başqa bir nəşriyyatda da edə bilərəm və burdan deyirəm ki, heç bir müsabiqəyə qatılmaq, orada iştirak etmək fikrim də yoxdur, çünki bütün işlərin sonu belə intiraqalara dayanır zatən..

Bu kimi intiriqalardan yayrınmağın yolu elə müstəqil fəaliyyətdir, mən bunu illər öncə anlamış biri kimi dilə gətirirəm.

İddialı olmaq, rəqabət aparmaq gözəl şeydir, amma inkar və bolşevikcəsinə yanaşmalarla deyil, öz tutumunu bilərək müəyyən edilmiş rəqabət məncə ən sağlam rəqabətdir.

Ədəbiyyatda da Azərbaycan siyasətində olduğu ki, alternativsizlik xəstəliyi yaratmaq cəhdləri bizim ədəbiyyatı haralara götürəcək, bir baxaq.

Məsələn Rəşad Məcid deyir ki, Anara alternativ yoxdur, aylar öncə M.İbrahimbəyov müsahibələrinin birində demişdi ki, İlham Əliyevə alternativ yoxdur.

Alternativsizlər ökəsində yaşamaqdan yorulmadıqmı ki, indi də ədəbiyyata bunu sırımağa çalışırıq.

İndi ədəbiyyata güçlü bir axın var və bu axına baxmayaraq AYB və AYO-nun monopoliyası, “bizimkilər və özgələr” prinsipindən qurtula bilməməyimizin nəticəsində əslində bu gün kimin istedadlı, kimin istedadsız olduğunu araşdırmağa imkan yoxdur.

Biri yazır, AYB-dəndirsə AYB onu dahi elan edir, AYO-dan birinin kitabı çıxırsa AYO-dakılar onu dahi elan edir. Belə rəqəbət olurmu?

Bir neçə ay öncə “Azadlıq” radiosunun Oxu zalında Əli Əkbər bir müsahibəsində belə fikir səsləndirmişdi ki, ”xalqı, milləti tənqid etməklə kimsə məşğul olmaq istəyirsə boş işlə məşğul olur, çünki bu işi Seymur Baycanla mən artıq bitirmişik, bundan sonra kim bunu edəcəksə bizim gölgəmizdə qalacaq”.

Yaxşı, Mirzə Cəlil, Sabir niyə bi iddia ilə çıxış etmədilər, axı Əli Əkbər də Mirzə Cəlildən yaxşı tənqid edə bilməyib bu millətin naqisliklərini...

Bu qədər iddialı danışmaq nədir?! Ya da Həmid Herisci son kitabının çıxmasından sonra belə bir ifadə işlədib. ”Azərbaycan ədəbiyyatına postmodernizmi mən gətirmişdim, mən də bitirdim”.

Maraqlıdır, Həmid bəy bunu bitirməyin mexanizmini bir açıqlasın, necə edəcək, postmodernist yazan yazarların qələmini qırıb ya da yazdıqlarını yandıracaqmı?!

Əgər bu prosesi doğurdan da Azərbaycan ədəbiyyatına gətirmisinizsə onu bitirməyin bir mexanizmi yoxdur.

Bir də insan gercəkdən özü yaratdığına inandığını, zəhmət verdiyi bir şeyi belə asanlıqla söküb ata bilməz...

Yox əgər sizin postmodernist “yazar-tələbələriniz” varsa bu onlara qarşı haqsızlıq olar.

Azərbaycan ədəbiyyatında doğrudan da postmodernizm deyilən bir şey varsa, bu prosesin qarşısını bir bəynatla almaq olmaz, bu kimi bəyanatlar şou sayağı diqqətçəkmələrdən başqa bir şey deyil, bəlkə də bunu kimsə acıq və cəsarətlə demək istəmir.

Hər kəs bir padşahlıq yaradıb özünü toxunulmaz elan edir, istədiyini yazıb deyir, kimsə də özünü “pis” etməmək üçün cavablandırmır, niyə də etsin, ya söyüşə, böhtana tuş gələcək, ya da ədəbiyyatdakı stolarxası camiyələşməkdən məhrum olacaq, bu da ədəbiyyat saytlarında yazdığı yazıların altının şərhsiz qalması, təriflənməmək deməkdir...

Amma dostlar, məgər bizim amacımız düşüncələrə tolerant yanaşa bilinəcək, prinsiplərin də tam bəlli olduğu bir cəmiyyətin formalaşması deyilmi?

Əgər biz səmimi olaraq bunu istəyiriksə niyə hakimiyyətdəki komanda kimi müxalif, ya da bizdən olmayanı qaralmağa, qəzəb püskürməyə başlayırıq?

Niyə şəxsi mənafelərimizi hər dəfəsində ədəbi proseslərin qarşısına tıxac kimi tıxamağa çalışırıq.

Hakimiyyətdə zorla əzirlər, ədəbiyyatdasa sər, söyüşlə, ədəsiz ifadələrlə...

Hakimiyyət az qala Azərbaycan xalqını yaratdığını, onun varoluş səbəbi olduğunu cəmiyyətə sırımağa çalışır, Rasim Qaraca da Şahbaz Xuduoğlu “yaratdığını” iddia edir, onu hansısa konferans, kitab sərgilərinə göndərəməklə məhşur naşir etdiyini bəyan edir, ya da yemək stolları arxasında onu hansısa lahiyəni həyata keçirməyə inandırdığını deyır, demək ki, bu adamlar çörək kəsiblər, indi də əgər ortada böyük prinsiplərin savaşı yoxsa, kimsə yeni yola girməyə çəhd edirsə və burda xəyanət deyil, sadəcə yeni bir təcrübədən söz gedirsə dönüklük etmək nəyə lazım, başqa bir müsabiqədə olub oradakı naqislikləri də açıq deyə biləcək birinin olmasına niyə bu qədər qəzəblənirsin?

Bu məsələyə başqa bir nümunə də var axı, məsələn, Cavidan da Şahbaz Xuduoğlunun bu qərarından razı qalmadı və kitabının “Ən yeni ədəbiyyat” seriyasında nəşr olunmasından imtina etdi, buna da açıqlama gətirdi, qəzəbsiz və nifrətsiz.

Həm də Cavidan bu hərəkəti ilə yeni bir nümunənin başlanğıcını qoymuş oldu.

Yaxında “Azadlıq” radiosunun Penklub verlişində hələ tələbəlik illərindən tanıdığım Aydın Xanın bir ifadəsinə rastladım, kimsəninsə onu oxumamasına, bəyənməməsinə belə bir təpki vermişdi, ”oxumur, cəhənnəmə oxusun!”

Nə oldu, ədəb-ərkanı gözləyən, kifayər qədər danışmaq sərhədlərini bilən biri dayanacaqda dayanıb dalaşan, bir-birinə küfr edən birinə niyə çevrilir?

Bir-birini təhqir etmək, dözümsüz davranmaq ədəbi prosesin tərkib hissəsinə çevrilməyə başlayıb?!

Ədəbiyyatı kirləndirib bu kirli ədəbiyyatla da Azərbaycan xalqının yanaşma, həyat tərzini, siyasətindəki naqislikləri təmizləmək iddiasında olmaq yazarlarımızın səmimi olmasına şübhə yaradır. Əvvəl ədəbiyyatımızı təmizləməliyik, yaltaqlıqdan, dostluq təriflərindən, təhqirlərdən, dözümsüzlüklərən, cəbhələşmədən...

Azərbaycan siyasətindəki bu kimi hallardan xalqın və ümumən cəmiyyətimizin hansı fəsadlar gördüyündən niyə dərs almırıq?

Bataqlıqda ola-ola təmizlənmək mümkün deyil dostlar!

Bir də məsələləri tələsik ictimai dartışmaya çıxarmağın nə əhəmiyyəti?

Yaxınlarda Nərmin Kamal da bu məsələ ilə bağlı Facebookda kiçik bir yazı yazmışdı ki, məsələn bir gün üz-üzə sönbət etdiyim rəfiqəm sabah qəzetdə hansısa yazıya görə məni yıxıb sürüyür.

Nərmin haqlı olaraq belə bir sual qoymuşdu, məgər elə bunu ikilikdə dartışmaq olmazdımı?

Təbii ki, olardı, amma onda səs-küy qopmazdı, aləm bir-birinə dəyməzdi və bu səs-küyün fonunda da kimlərinsə imzaları mətbuat, saytalarda hallanmazdı.

Artıq kimsədən gizli deyil ki, bu gün ədəbiyyatda yazmaqdan, əsərindən çox dedi-qodu, kimisə tənqid etmək, ya da kimisə şərləməklə, ya da daha irəli gedib bütün dəyər və olanları inkar edib xeyli “şöhrətlənmiş” bir camiyə var ki, indi ədəbiyyat onların köləsinə çevrilib boğulur...

Biz Azərbaycan siyasətində uzun illərdir belə bir meyl müşahidə edirik ki, kimsə ən kiçik vəzifənin simgəsi olan kreslosundan əl götürmək istəmir, ya da sədrlikdən getməyinin vaxtı çatmış biri min yol, bəhanə ortaya atır ki, bundan yayınsın.

Ədəbiyyatda da kimsə bir xidmət göstəribsə daha bunu biz edib ədəbiyyat camiəsinin gözünə niyə soxmağa çalışır...

Əgər biz bu yanaşmalardan qurtula bilməyəcəyiksə, “illərdir xalqa xidmət edirəm” deyib milləti bu “xidmətlərin” altında əzən, ya da reperendum keçirib prezidetlərini ömürlük etməyə çəhd edən YAP-çılardan niyə küsürük?!...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG