Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:44
DÜNYA BÖHRANDAN SONRA TOPARLANIR

Dünya iqtisadiyyatı artıq böhrandan sonrakı özünütoparlama dövrünə qədəm qoyur. İnkişaf etməkdə olan ölkələrdə isə böhran artıq başa çatıb, zəif, amma davamlı iqtisadi yüksəliş başlayıb.

Bu nikbin xəbərlər Dünya Bankının yanvarın 13-də elan edilən «Qlobal İqtisadi Perspektivlər - 2011» adlı hesabatında qeyd edilir. Bankın hesablamalarına görə, qarşıdakı iki ildə dünya üzrə ümumi tendensiyalar aşağıdakı şəkildə olacaq:
Dünya Bankı hesab edir ki, 2011-ci ildə dünyada iqtisadi artımın yarıya qədəri inkişaf etməkdə olan ölkələrin payına düşəcək.

Bəzi inkişaf etmiş ölkələrdə və Avropa, Mərkəzi Asiyanın yeni yaranan dövlətlərində yerli siyasətdə dəyişiklik aparılmasa, işsizliyin yüksək həddə olması, zəif ev bazarı və bank sektoruna görə iqtisadiyyat çox güman ki, yerində sayacaq.

AZƏRBAYCANDA İNKİŞAF SÜRƏTİ ZƏİFLƏYƏCƏK

Bank Müstəqil Dövlət Birliyi ölkələrində qarşıdakı iki ildə gözlənən iqtisadi tendensiyalardan bəhs edərək yazır ki, 2010-cu ildə Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Rusiya, Özbəkistan kimi ölkələrdə inkişaf ümumi regional göstəricilərdən yüksək olub:

«Rusiya, Ukrayna, Özbəkistan kimi MDB ölkələri hidrokarbon və metal satışından gəlirlərini artırmaqda davam edəcəklər. Türkmənistanın da ixracı artırması əsas faktor olacaq. Azərbaycanda isə inkişaf sürətinin zəifləyəcəyi gözlənir.

Neftin qiymətinin yüksək olmasına görə Rusiyada 2010-cu ildə 3.8 faiz olan iqtisadi artımın 2011-ci ildə 4.2 faiz olması gözlənir.

MDB məkanında iqtisadi fəallığa həm də Rusiyanın böhrandan çıxması kömək edir. Rusiyadan xüsusilə Ermənistan, Moldova və Tacikistanın faydalanacağı gözlənir».

İQTİSADİYYATIN ÇOXŞAXƏLİLİYİ TƏMİN EDİLMƏLİDİR

Bank qeyd edir ki, Azərbaycan, Rusiya və Qazaxıstan kimi ölkələrdə neft gəlirləri hesabına iqtisadi böhran çox ciddi hiss edilməsə də, uzunmüddətli iqtisadi artımın təmin edilməsi üçün iqtisadiyyatın çoxşaxəliliyi təmin edilməlidir. Bu ölkələr sərmayə mühitinin yaxşılaşdırılması, məhkəmə sistemində islahatlarla özəl sektorda inkişafı təmin edə bilərlər.

Azərbaycanın Baş naziri Artur Rasi-zadə də bu yaxınlarda jurnalistlərə müsahibəsində ölkə iqtisadiyyatının hələ qarşıdakı bir neçə onillikdə neftdən asılı olacağını, amma ölkə rəhbərliyinin iqtisadiyyatın başqa sahələrini inkişaf etdirdiyini bildirib. Prezident İlham Əliyev də dəfələrlə deyib ki, neftdən kənar sahələrə, xüsusilə yüksək texnologiyalar sahəsinə sərmayələri artırmaqla Azərbaycanın gələcək iqtisadi yüksəlişini təmin etməyi planlaşdırırlar.

Amma müstəqil ekspertlər ölkənin hazırda təhlükəli dərəcədə enerji gəlirlərindən asılı vəziyyətə gətirildiyini, Azərbaycanda neftdən asılılığın məşhur simvolu olan «Holland xəstəliyi»nin başladığını deyirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG