Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:25

Joze Manuel Barrozunun Azərbaycana səfəri başlayıb


Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun Azərbaycana səfəri başlayıb.

APA-nın məlumatına görə, bu gün onun prezident İlham Əliyevlə görüşü nəzərdə tutulub.
Görüşdə Azərbaycanla Avropa Birliyi arasındakı münasibətlər, Nabucco layihəsi də daxil olmaqla energetika sahəsində əməkdaşlıq məsələsi müzakirə olunacaq.

Daha sonra tərəflər “Cənub” dəhlizinin yaradılması və “Müasirləşmə naminə Avropa
Birliyi-Azərbaycan tərəfdaşlığı” adlı birgə bəyannamələr imzalayacaqlar.

Joze Manuel Barrozu sabah baş nazir Artur Rəsizadə ilə görüşəcək, daha sonra Bakı Dövlət Universitetində Azərbaycan-Avropa Birliyi münasibətləri mövzusunda mühazirə söyləyəcək.

Joze Manuel Barozunun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 14-də Azərbaycandan Türkmənistana yollanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG