Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:15

Biləsuvarda qaz problemi...


Maye qazı qətrə-qətrə verirlər
Maye qazı qətrə-qətrə verirlər
Biləsuvar rayonunun Xırmandalı kənd sakini Nazim Bəbirov AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, yaşadığı Yusif Hacıyev küçəsinə maye qazı qətrə-qətrə verirlər. Küçə sakinləri qaza həsrətdilər. Arabir sakinlərin əsəbləri coşanda Biləsuvar rayon Qaz İstismar İdarəsinə üz tuturlar. Nəticəsi də bu olur ki, küçəyə 2-3 günlük qaz verilir. Ancaq ara sakitləşən kimi qaz yenə qeybə çəkilir:

HƏR ŞEY MƏRKƏZ ÜÇÜN

«Yusif Hacıyev küçəsinə qaz zəif gəlir, bir dənə qazpaylayıcı qurğu qoyublar, hər gələn paylayıcıdan qazın təzyiqini azaldır gedir. İki gündür soyuqdan qırılırdıq, şikayət elədik, ərizəylə müraciət elədik, gətirdilər qazpaylayıcı qoydular. 15-20 gündür qoyulub, ancaq yenə qaz yoxdur. Bizim küçənin adamları əziyyət çəkirlər».

Nazim Bəbirov deyir ki, əslində əziyyət çəkmələrinə səbəb odur ki, rayon mərkəzinə gedən qaz borusunda təzyiqi artırmaq üçün kəndə qaz verilişini tez-tez dayandırırlar. Yəni rayon mərkəzində yaşayanları kəndlilərin soyuqdan donmaları hesabına isindirirlər:

«Rayon bizdən 7 kilometr irəlidədir, qaz xətti bizdən keçib rayona gedir. Ümumi qaz borusundan kəndə dönən xətti bağlayanda rayona çox qaz gedir. Ona görə də tez-tez bizim xətti bağlayırlar».

«QƏTİ ELƏ ŞEY YOXDUR»


Biləsuvar rayon Qaz İstismar İdarəsinin rəisi Şükür Mirzəyev isə deyilənləri təəccüblə qarşılayır:

- Qaz elə Xırmandalı tərəfdən gəlir ki...

- Şikayətçi də bunu deyir. Ancaq onun deməsinə görə, ümumi xətdən kəndə gedən xətti bağlayırlar ki, mərkəzə qaz daha təzyiqli verilsin.

- Qəti elə şey yoxdur, o kəndə xidmət göstərənlər özləri elə o kənddə, həmin deyilən küçələrdə yaşayan adamlardır. Siz dediyiniz küçədə qazda heç bir problem yoxdur. Yazanın imzası var orda? Gəlsin yanıma, problemi varsa həll edək.

XS
SM
MD
LG