Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:49

Bakıda maşınların hərəkəti məhdudlaşdırılır


Avropa Komissiyasının sədri Joze Manuel Barrozonun Azərbaycana səfəri ilə əlaqədar təhlükəsizliyini təmin etmək məqsədi ilə yanvarın 13-14-ü Bakıda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən verilən məlumatda deyilir ki, yanvarın 13-də saat 17.00-dan etibarən yanvarın 14-dək Heydər Əliyev prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyli, Zərifə Əliyeva, Rəşid Behbudov, Bakıxanov küçələri, İnşaatçılar, Hüseyn Cavid, Parlament prospektləri, İstiqlaliyyət küçəsi, Azərbaycan küçəsi, Füzuli dairəsi, Əziz Əliyev küçəsi, Neftçilər prospekti, Azadlıq meydanı və Puşkin küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq və istiqamət dəyişdiriləcək.

Sürücülərdən bu istiqamətlərdə şəxsi avtomobillərdən mümkün qədər az və ictimai nəqliyyatdan istifadə etməyə üstünlük verilməsi xahiş edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG