Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:33

Azərbaycan, Ermənistan və Rusiya nazirləri bu ay görüşə bilər


Bu ay Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir.

Rusiya agentliklərinin məlumatına görə, bunu Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov 2010-cu ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

Nazir həmçinin bildirib ki, vasitəçilərdən biri olan Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinin tənzimlənməsində öz səylərini davam etdirəcək.

Üç ölkənin xarici işlər nazirləri sonuncu dəfə ötən ilin dekabrında ATƏT-in Astana sammitindən dərhal sonra Moskvada keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüşüb.

XS
SM
MD
LG