Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:50

E. Məmmədyarov İranın neft nazirini qəbul edib


Azərbaycanın Xarici İşlər naziri (XİN) Elmar Məmmədyarov İranın neft naziri Seyid Məsud Mirkazimini qəbul edib.

İranın OPEK təşkilatına 2011-ci ildə sədrlik etməsi münasibəti ilə S.Mirkazimini təbrik edən nazir E. Məmmədyarov sədrlik dövründə işlərində müvəffəqiyyətlər arzulayıb.

XİN-nin mətbuat xidmətinin məlumatına görə, qonaq İranla Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu və bu əlaqələrin yüksələn xətlə inkişaf etdiyini qeyd edib.

Daha sonra tərəflər ölkələr arasında enerji sahəsində mövcud və perspektiv layihələr ətrafında fikir mübadiləsi aparıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG