Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:47

Ekoloji qanunvericiliyi pozanlar 34 500 manat cərimələnib


Ötən il Gəncədə ekoloji qanunvericiliyi pozanlara qarşı 34 500 manat cərimə tətbiq edilib.

Gəncədə fəaliyyət göstərən 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin baş məsləhətçisi Əlikram Qurbanovun verdiyi məlumata görə, 2010-cu ildə Gəncədə ekoloji qanunvericiliyi pozan hüquqi və fiziki şəxslərə ümumilikdə 4 akt və protokol tərtib edilib. Bunun nəticəsində 34 500 manat cərimə kəsilib. Bu cərimələrdən isə 26 min manatı ödənilib. 15 iş məhkəməyə göndərilib.

2010-cu ildə Gəncədə qanunsuz ağackəsmə hallarına görə, 7 inzibati protokol tərtib edilib və 782 manat cərimə kəsilib. Artıq cərimənin 352 manatı ödənilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG