Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:22

Saxta təqaüd sənədləri hazırlayanlar saxlanılıb


Samux rayon sakinləri olan 3 nəfər öz həmyerlilərinə saxta təqaüd sənədi hazırlayıblar.

Samux rayon Polis Şöbəsindən verilən məlumata görə, yanvarın 11-də polis əməkdaşları rayonda saxta sənədlər düzəldən şəxsləri saxlayıb.

Saxlanılan şəxslər rayon sakinləri Nahid Əliyev, Bəndər Məşdiyev və Nazim Əliyevdir.

Onlar həmyerliləri Əminə Hümbətovaya və Sevda Əliyevaya saxta təqaüd sənədləri düzəldiblərmiş.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG