Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:24

Obama amerikalıları birliyə çağırıb


ABŞ prezidenti Barak Obama amerikalıları birliyə çağırıb və problemləri konstruktiv yolla həll etməyə çağırıb.

Obama bir neçə gün əvvəl 6 nəfərin ölümü, 13-nün yaralanması ilə nəticələnən hücumdan sonra Arizonada keçirilən anım mərasiminə qatılıb. Həmin hücum zamanı Demokratlar partiyasının üzvü, 40 yaşlı konqresmen Qabriel Qiffords da güllələnib.

Anım mərasimindən əvvəl yanvarın 12-də Obama xəstəxanada yatan konqresmenə baş çəkib, prezidentin ziyarətindən sonra Qabriel Qiffordsun güllənmədən bəri ilk dəfə gözlərini açdığını bildiriblər.

Həkimlər konqresmenin xilas olacağına optimist yanaşır, ancaq onun tam bərpa olunub-olmayacağı məlum deyil.

Arizonada hücumla əlaqədar 22 yaşlı Cered Li Lafner həbs edilib.
XS
SM
MD
LG