Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:29

Avropa Komissiyasının prezidenti Bakıya gəlir


Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo yanvarın 13-də Azərbaycana gəlir.

Səfər zamanı Azərbaycanla Avropa Birliyi arasında energetika sahəsində əməkdaşlıq, o cümlədən «Cənub dəhlizi» və «Nabucco» layihələri müzakirə olunacaq.

Joze Manuel Barrozo prezident İlham Əliyev və digər rəsmi şəxslərlə görüşəcək. Səfər çərçivəsində Cənub dəhlizinin yaradılmasına dair birgə bəyannamənin imzalanacağı gözlənilir. Həmçinin «AB-Azərbaycan: modernləşmək üçün tərəfdaşlıq» adlı birgə bəyannamənin də razılaşadırılacağı bildirilir. Bu bəyannamə Azərbaycanda iqtisadi islahalatları dəstəkləyəcək.

Bakıya gələn nümayəndə heyətinə Avropa Birliyinin energetika məsələləri üzrə komissarı Günter Oettinger də daxildir.

Avropa Birliyi Rusiyadan asılılığı azaltmaq üçün Azərbaycandan da keçən Nabucco qaz kəməri layihəsinin reallaşmasında maraqlıdır.

Barrozonun səfəri yanvarın 14-ü başa çatacaq, Bakıdan sonra Türkmənistana yollanacaq.
XS
SM
MD
LG