Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:33

Azərbaycan yenə Qeyri-Azad oldu


Polis müxalifət fəalını mitinqdə şüar səsləndirməyə qoymur, Bakı, 12 iyun 2010

Polis müxalifət fəalını mitinqdə şüar səsləndirməyə qoymur, Bakı, 12 iyun 2010

Ötən il dünyada azadlıq dəyərləri artıq beşinci geriləmə ilini yaşayıb. Bunu beynəlxalq Freedom House təşkilatı Dünyada Azadlıq 2011 adlı hesabatında bildirir. Bu hesabatda təşkilat dünyada siyasi haqlar və mülki azadlıqların illik dəyərləndirməsini aparıb. Qurum bildirir ki, 40 illik araşdırma tarixində bəşəriyyət ən uzun geriləmə dövrünü yaşayır.

Hesabata görə, 2010-cu ildə Qırğızıstanda hökumət dağılandan sonra baş tutmuş seçkilər nisbətən azad və ədalətli keçib. Bu səbəbdən ölkənin Qeyri-Azad statusu Qismən Azad-a çevrilib. Gürcüstan və Moldovanın mövqeyində də irəliləmə var.

Ukrayna isə daha Azad deyil, Qismən Azad ölkədir.

Freedom House-un hesabatında Azərbaycan Qeyri-Azad ölkə kimi göstərilib. Onunla bir sırada Əfqanıstan, Belarus, İran, İraq, Qazaxıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan durur.

Ermənistan, Bosniya-Herseqovina, Gürcüstan, Kosovo, Qırğızıstan, Makedoniya, Moldova, Pakistan, Ukrayna Qismən azad ölkələr sırasındadır.

Freedom House-un mübahisəli hesab etdiyi ərazilərdən Abxaziya, Dağlıq Qarabağ, Pakistan Kəşmiri, Cənubi Osetiya- Qeyri-Azad, Dnestryanı isə Qismən Azad göstərilib. Ötən il Dağlıq Qarabağ Azad ərazi kimi göstərilirdi.

Freedom House-un bundan əvvəlki hesabatlarına münasibət bildirən Azərbaycan rəsmiləri qurumu qeyri-obyektivlikdə və qərəzli olmaqda günahlandırıblar.

Hesabatda deyilir ki, ümumilikdə 25 ölkədə 2010-cu ildə insan haqları sahəsində ciddi geriləmə olub. 11 ölkədə isə irəliləyiş qeydə alınıb. Azad ölkələrin sayı 89-dan 87-yə düşüb. Çin, Misir, İran, Rusiya və Venesuela kimi ölkələrdə repressiv tədbirlər gücləndirilib. Demokratik dünya isə buna az müqavimət göstərib.

Freedom House-un hesabatında Azərbaycanda insan haqları barədə nə deyilir? Bu barədə gün ərzində AzadlıqRadiosunun saytından oxuyun.

Şərhləri göstər

XS
SM
MD
LG