Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:00

İslam Partiyası sədrinin saxlandığı yer məlum oldu


Yanvarın 7-də həbs olunan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun saxlandığı yer məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov AzadlıqRadiosuna bildirib ki, partiya sədri və onun əmisi oğlu Dəyanət Səmədov nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasındadırlar.

Bir müddətdir ki, hər iki şəxsin saxlandığı yer barədə məlumat verilmirdi. Onların vəkili Anar Qasımov yanvarın 12-də Baş Prokurorluğa, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinə məktubla müraciət etmişdi.

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov yanvarın 7-də həbs olunub. Bu həbsdən sonra onun əmisi oğlu Dəyanət Səmədov da saxlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti Dəyanət Səmədovun Qubadakı evinə və işlədiyi mağazaya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının baxış keçirmələri barədə məlumat yayıb. Məlumatda qeyd edilir ki, hər iki yerdən əl qumbaraları və avtomat patronları aşkar edilib.

M. Səmədov də daxil olmaqla AİP-in beş üzvü həbsdədir.
XS
SM
MD
LG