Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:16

Azərbaycanla Bosniya və Herseqovina arasında protokol imzalanıb


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 12-də Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalayı qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla

Bosniya arasında əməkdaşlığın dərinləşdirilməsi və regional məsələlər müzakirə olunub.

Dağlıq Qarabağ münaqişəsinə toxunan Sven Alkalay ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birmənalı şəkildə dəstəklədiyini bildirib.

Görüşün sonunda əməkdaşlıq barədə protokol imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG