Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:49

Azərbaycan-İran enerji bankı yaradıla bilər


“Azərbaycan və İran arasında neft-qaz sektoruna dair birgə layihələrin həyata keçirilməsini təmin etmək və bu layihələri maliyyələşdirmək üçün enerji bankı yaradıla bilər. Bu hələlik təklif formasındadır. Yaxın gələcəkdə hər iki ölkə belə bir bankın yaradılması perspektivini müzakirə edib konkret təkliflərlə çıxış edəcəklər”.

Bunu AzadlıqRadiosuna Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli deyib.

Belə bir təklif yanvarın 12-də İranın neft sənayesi naziri, Neft İxracatçıları Ölkələri Təşkilatı – OPEC-in sədri Seyid Məsud Mirkazemi ilə Sənaye və Energetika naziri Natiq Əliyev arasında keçirilən görüşdə səslənib.

A. Mənsimli deyir ki, görüşdə neft-qaz hasilatı, emalı, satışı, mübadiləsi, ümumilkdə neft-qaz sektorunu əhatə edən bütün məsələlər müzakirə edilib. Həmçinin tərəflər neft-kimya kompleksində əməkdaşlıq barədə danışıqların davam etdirilməsinə, birgə layihələr həyata keçirilməsinə razılaşıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG