Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:58
Göyərtəsində Polşa prezidenti Lech Kaczynskinin (Lex Kaçinski) və başqa tanınmış şəxslərin olduğu təyyarənin pilotlarında təlim çatışmazlığı və onlara pis havada eniş etmək üçün yüksək səviyyədə təzyiq olub.

Bu qeydlər Rusiya aviasiya rəsmilərinə aiddir. Onlar yanvarın 12-i Polşanın mərhum prezidentinin və digərlərinin olduğu təyyarənin qəzaya uğraması ilə bağlı apardıqları araşdırmanın yekun varinatını hazırlayıblar.

Kaczynski, onun xanımı və 94 nəfərin olduğu təyyarə ötən il aprelin 10-da Rusiyanın Smolensk vilayətində qatı dumanda eniş edərkən qəzaya uğrayıb.

Kaczynski və təyyarədə olanlar Katun qurbanlarının anım mərasimində iştirak etməliymiş. 1940-cı ildə Katunda sovet təhlükəsizlik orqanları 20 min polşalını öldürüb.

MÜHÜM KƏSİRLƏR


Rusiyada yerləşən hökumətlərarası Aviasiya Komitəsinin rəhbəri Tatyana Anodina keçirdiyi mətbuat konfransında deyib ki, Polşa ekipajı bir neçə səhvə yol verib:

- Çox vacib uçuşun təşkilində mühüm kəsirlər olub, xüsusilə komandanın tərkibində, təlimində, üçuşa hazırlıq və alternativ aerodrom seçməkdə səhvlərə yol verilib.

Rusiyalı tədqiqatçılar yerli aeroport dispetçerlərinin işində yanlışlıq tapmayıblar. Onlar polşalı pilotlara başqa aerodroma enməyi məsləhət biliblər.

ƏSASSIZ RİSK


Tatyana Anodina
T.Anodina deyib ki, göyərtədə olan Polşa hava qüvvələrinin rəhbəri qatı dumana baxmayaraq yerə enmək üçün pilotlara təzyiq göstərib:

- Nəyin bahasına olursa-olsun enmək qərarı əsassız risk şəraitində verilib.

Anodina əlavə edib ki, komandirin qanında alkoqolun səviyyəsi yüksək olub.

KACZYNSKİ «DƏLİ OLAR»

O, həmçinin deyib ki, Kaczynskinin də təyyarədə olması ekipaja əlavə təzyiq yaradıb. Uçüş zamanı təyyarə ekipajı üzvlərindən biri deyib ki, əgər uçuş yolundan yayındırılsa, Kaczynski «dəli olar». Uçuşun lent yazısına aid olan bu sözlər mətbuat konfransında bildirilib.

Rusiya Hökumətlərarası Aviasiya Komitəsi təyyarə qəzası ilə bağlı yekun hesabatı yanvarın 12-i Polşaya təqdim edib.

Polşa rəsmiləri ötən ilin dekabrında ilkin hesabatı «sanki tapmacadır» deyə tənqid ediblər. Polşanın baş naziri Donald Tusk bu yaxınlarda bildirib ki, rusiyalı istintaqçıların araşdırması səhvlərlə doludur və qəbul olunmazdır. Və bu Moskva ilə Varşava arasında yeni gərginliyin yaranmasına səbəb olub.

/Sayta hazırladı Səadət Akifqızı/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG