Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:43

Azərbaycanın İrana satdığı qazın qiyməti açıqlanmır


Sənəd 5 illik müddəti əhatə edir

Sənəd 5 illik müddəti əhatə edir

Yanvarın 12-də Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) və İranın Milli Qaz İxracı Şirkəti arasında təbii qazın alqı-satqısı sazişinin əsas şərtləri imzalanıb.

Bu barədə AzadlıqRadiosuna ARDNŞ-nin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.

Onun bildirdiyinə görə, sənəd 5 illik müddəti əhatə edir. «Bu il müqavilə ilə İrana 1 milrd kub metr qaz ixrac ediləcək, növbəti illərdə isə qazın həcmi yenidən razılaşdırılacaq».

N. Quliyev ixrac olunan qazın qiymətini açıqlamasa da, onun dünya bazarlarına uyğun, «Azərbaycan üçün məqbul qiymət» olduğunu dedi.

Fevralın 1-dən Azərbaycan İrana qaz ixrac etməyə başlayacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG