Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:31
İSLAM HƏM DƏ SİYASİ QÜVVƏDİR

«İslam həm də siyasi qüvvədir». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında politoloq Zərdüşt Əlizadə deyib. Onun sözlərinə görə, islamı siyasiləşdirən səbəblər çoxdur:

«Bütün dünya miqyasında islam həm də siyasi qüvvədir. Bunu hamı etiraf edir. Amma islamın siyasiləşməsinin də böyük bir səbəbi var. Bu da islam dünyasına qarşı dünya miqyasında qlobal haqsızlıqdır. İslam dünyasında xalq kütlələrinin acınacaqlı vəziyyətidir. İslam dünyasındakı ölkələrin diktator səciyyəli rejimlərlə idarə olunmasıdır. Bunlar islamı siyasiləşdirir».

Z.Əlizadənin sözlərinə görə, Azərbaycandakı son hadisələr cəmiyyətdəki haqsızlıq, qanunsuzluq və ədalətsizliyin özünü bu dəfə belə biruzə verməsidir.

Digər politoloq Mübariz Əhmədoğlu isə deyir ki, qlobal anlamda islamın siyasiləşməsi bu ölkələrin daxilindəki ədalətsizliklə bağlı deyil. Əksinə hətta o ölkələrin liderləri, kifayət qədər imkanlı adamları islamın qlobal şəkildə irəliləməsinə təkan verirlər. Azərbaycana gəldikdə isə, burda islam çoxdan siyasiləşib.

Zərdüşt Əlizadə deyir ki, islamın siyasiləşməsinin və insanların buna daha çox meyillənməsinin bir səbəbi də vətəndaşların çıxış yolunu dində tapmasındadır:

İSLAM İNQİLABINDAN DANIŞANLARIN MƏSƏLƏNİN MAHİYYƏTİNDƏN XƏBƏRİ YOXDUR

«Bu dəqiqə Azərbaycanda kimsə islam inqilabından danışırsa, onun məsələnin mahiyyətindən heç bir xəbəri yoxdur. Leninin gözəl bir sözü vardı: Hər hansı bir dini, mədəni, siyasi məsələnin arxasında maddi marağı görməyən insanlar səfehdirlər. Azərbaycanda insanlar nə üçün islamın siyasiləşmiş qanadına qoşulur? Nə üçün insanlar kütləvi surətdə hakimiyyətə mənfi münasibət bəsləyir?
Mübariz Əhmədoğlu
Bunların maddi marağı tapdanır. Onların işi yoxdur. Maaşları azdır. Qiymətlər artır. Hələ də rüşvətlə rastlaşırlar. Hərbi ümidsizlik, sifarişli məhkəmələr, polis zorakılığı, məmur özbaşınalığından cana doyan insanlar təbii ki, indi bizim hakimiyyətlə çox gözəl münasibətləri olan Qərb dövlətlərinə üz tutmur, gedirlər keçmişdə cənnət kimi bəxtəvər islam dünyasında çıxış yolu axtarırlar».

Mübariz Əhmədoğlu isə sosial-iqtisadi problemlərin həlli üçün islam inqilabını qəbul etmir. Ona görə ki, Azərbaycanda daha məqbul qüvvələr var. Politoloq deyir ki, son dövrlər hicab məsələsi ətrafında söhbətlərin və həbslərlə bağlı məsələlərin şişməsi barədə təşəbbüs aşağıdan, yəni xalq tərəfdən gəlmir. Bu təşəbbüs yuxarıdan hansısa bir mərkəzdən gəlir.

ƏGƏR DİNDARLAR HAKİMİYYƏTƏ GƏLSƏ...

M.Əhmədoğlunun sözlərinə görə, son dövrlər yaranan problem sünidir. O hesab edir ki, əgər dindarlar hakimiyyətə gəlsə, dünyəvi dövlət tərəfində olanların hamısı əziyyət çəkəcək:

«Mən əlbəttə təhlükəni şişirtmirəm. Mən dövlətin gücünə bələdəm. Ancaq bu dalğa hakimiyyət məsələsi deyil. Bu dalğadan bugünki müxalifətçilər ola bilər ki, gələcəkdə hamıdan çox əziyyət çəksin. Mən düşünmürəm ki, dindarlar hakimiyyətə gələndən sonra indiki hakimiyyəti tənqid etdiyi üçün kiməsə yaxşı münasibət göstərəcəklər. Onlar heç kimə baxmayacaqlar ki, bu adam indiki hakimiyyətə müxalifətdə olub, yoxsa indiki hakimiyyətin tərəfdarı olub. Onlar üçün əsas din və dünyəvilik mövqeyində dayanmaq məsələsidir. Ona görə cəmiyyətin demək olar hamısı onlar üçün müxalifətdir».

Şərhləri göstər

XS
SM
MD
LG