Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:35
Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının hüquqlarının müdafiə komitəsi yaradılır. Bu barədə AzadlıqRadiosuna onun qardaşı Səməd Pənahov məlumat verib.

Quruma Azadlığın və Sülhün Müdafiəsi Beynəlxalq Hüquq Təşkilatı nəzdindəki Siyasi Məhbusların Hüquqlarının Müdafiə Komitəsinin həmsədri Miralim Bəhramov rəhbərlik edəcək.

Nemət Pənahlı və onun dostu Ceyhun Fərzəliyev CM-nin 221.3 maddəsi ilə (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) ittiham olunur. Həbsə səbəb yanvarın 7-də Eldar Rzayev adlı şəxsin polisə müraciəti olub. O bildirib ki, Mirəli Qaşqay küçəsində tanışı Nemət Pənahlı və Ceyhun adlı şəxs onu döyüb.

Vəkil Elçin Sadıqov həbsin əsassız olduğunu, Nemət Pənahlıya qarşı təxribat törədildiyini bildirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG