Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:33

Məktəblərdə ancaq 2 forma tətbiq olunacaq


Gələn ildən Bakı məktəblərində şagirdlərin hamısı vahid məktəbli forması geyinəcək. Əgər əvvəllər 1-4-cü siniflər üçün vahid məktəbli forması tətbiq olunurdusa, artıq yuxarı sinif şagirdləri üçün də vahid məktəbli formasının seçim prosesi başa çatıb.

Bu barədə AzadlıqRadiosuna Bakı Şəhəri üzrə Təhsil İdarəsinin beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı məlumat verib.

Vahid məktəbli forması yanvarın 12-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində təşkil olunan mətbuat konfransında təqdim edilib.

Formanın seçim prosesində Valideyn-Müəllim Assosiasiyaları da iştirak edib.

Yekun nəticəyə görə, 1-4-cü sinif şagirdlərinin vahid məktəbli forması eyni, 7-11-ci sinif şagirdlərinin geyimi isə eyni olacaq. Beləliklə, Bakının orta ümumtəhsil məktəblərində 2011–2012–ci dərs ilindən etibarən bütün sinifləri əhatə etməklə 2 formada vahid məktəbli geyimi tətbiq ediləcək.

Zəminə Əliqızı bildirib ki, valideynlər formaları Bakı Tikiş Evinin təşkil etdiyi satış mərkəzlərindən əldə edə biləcəklər:

«Biz formaları nümayiş etdiririk, bu formaları kim tikəcək, necə satacaq, valideynlər sərbəstdir haradan istəyirlər ala bilərlər. Parça alıb özləri də tikə bilərlər».

Mətbuat konfransında iştirak edən Bakı Tikiş Evinin rəhbəri Fəzail Rəhimov bildirib ki, 1-4-cü siniflər üçün nəzərdə tutulan məktəbli formaları 40 manat, 5-6-cı sinif şagirdlərinin geyimləri 45 manat, 7-11-ci sinif şagirdlərinin geyim formaları isə 53 manata satılacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG