Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:08
Yanvarın 12-də Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalay Azərbaycana rəsmi səfərə gəlib. AzərTAc-ın məlumatına görə, S. Alkalay Fəxri xiyabanda Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanını ziyarət edib.

Səfər çərçivəsində S. Alkalayın Azərbaycanın baş naziri Artur Rasizadə, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub.

Səfərin əsas məqsədi ikitərəfli münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi, gələcək əməkdaşlığın prioritet istiqamətlərinin müəyyənləşdirilməsidir.

Səfər yanvarın 13-də başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG