Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:22

İranın neft naziri Azərbaycana gəlib


İranın neft naziri, Neft İxracatçıları Ölkələri Təşkilatı – OPEC-in sədri Seyid Məsud Mirkazemi bu gün Azərbaycana gəlib.

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndərinin APA-ya verdiyi məlumata görə, səfər çərçivəsində, əsasən enerji sahəsində ikitərəfli əməkdaşlıq, İran və Azərbaycan arasında neft-qaz sahəsində əlaqələrin genişləndirilməsi, elektrik enerjisi mübadiləsi və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunacaq.

Seyid Məsud Mirkazemi səfər zamanı Azərbaycanın bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirəcək. Görüşlərin yekunu olaraq Azərbaycan qazının İrana ixrac olunmasına dair uzunmüddətli sazişin imzalanacağı gözlənir.
XS
SM
MD
LG