Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:38

ANTI-KORRUPSIYA "SÜZGƏCİ"

Bir qrup hüquqşünas Azərbaycan qanunlarında korrupsiyaya şərait yaradan müddaəların aşkara çıxarılıb onların aradan qaldırılması ilə bağlı ayrıca bir qanun layihəsi hazırlayıb. “Konstitusiya” Araşdırmalar Fondunun təşkilatçılığı ilə hazırlanan bu sənəd yaxın günlərdə ictimai müzakirəyə veriləcək.

Fondun prezidenti Əliməmmədbildirir ki, bu cür qanunun qəbul olunacağı halda üç il ərzində ölkədə hazırda qüvvədə olan bütün qanunlar yenidən ekspertizadan keçirlməlidir:

“Eyni zamanda bundan sonra təklif olunan bütün qanun layihələri, prezidentin fərman və sərəncamları, ayrı-ayrı mərkəzi icra hakimiyyəti orqanlarının qəbul etdikləri aktlar qəbul edilməzdən, müzakirəyə çıxarılmazdan əvvəl mütləq anti-korrupsion ekspertizadan keçməlidir. Rəy verilməlidir ki, burda korrupsiya doğuran hallar varmı, onların aradan qaldırılması üçün nələr edilməlidir”.

“QANUNDA NƏZƏRDƏ TUTULAN DİGƏR HALLAR”
Hüquqşünasa görə, qanunlarda boşluqlar, ikimənalı ifadələr, ümumi qaydalarda istisnaların mövcudluğu kimi hallar korrupsiyaya şərait yaradan ən əsas amillərdir:

“Misal üçün, hüquqi aktda yazılır ki, vəzifəli şəxslər bunu “edə bilər”, “haqlıdır”, “hüququ vardır”. Belə ifadələr qeyri-müəyyən ifadələrdir. Bunlar məmura qanundan öz məqsədi üçün istifadə etməyə imkan verir.

Yaxud, qanunda yazılır ki, hüquqi şəxslərin qeydiyyatından imtinaya filan, filan əsaslar və QANUNDA NƏZƏRDƏ TUTULAN DİGƏR HALLAR səbəb ola bilər. Burada “qanunda nəzərdə tutulan digər hallar” yazmağın mənası nədir, buna nə ehtiyac var? Sadəcə imtinaya səbəb olan halların konkret sıralanması vətəndaşa daha aydın informasiya verərdi ki, qeydiyyat üçün hansı sənədləri əvvəlcədən toplamalıdır”.

SÜRÜŞKƏN MADDƏLƏR
Əlməmməd Nuriyev hesab edir ki, bəzi hallarda bu kimi ifadələr normativ hüquqi aktlara bilərəkdən salınır. Bəzi hallarda müəyyən qurumların qeyri-qanuni lobbiçilik təsirləri olur. Bunun da nəticəsində qanunlara abstrakt və çoxmənalı ifadələr salınır. Sonradan qanunun tətbiq edəndə də həmin ifadələr artıq məmurun “əlindən tutur”, korrupsiyaya, rüçvətə yol açılır:

“Məsələn, qanunda qeyd edir ki, filan işi məmur bir aya qədər görə bilər. Yəni, həmin işi bir günə, bir həftəyə, yaxud bir aya görəcəyini məmur özü müəyyən edir və vətəndaş da işini sürətləndirmək istəyirsə, istər-istəməz məmurla sövdələşməyə yol açılır”.

Mövzunu daha ətraflı burada dinləyin:

Şərhləri göstər

XS
SM
MD
LG