Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:22

Özbək-qırğız qarşıdurmasına özbəklər və Bakiyevin qohumları səbəb olub


Qırğızıstanda ötən ilki etnik iğtişaşlarda yerli Özbək icmasının liderləri və devrilmiş prezident Kurmanbek Bakiyevin yaxınları səbəb olublar.

Qırğızıstanda yaradılan xüsusi komissiyanın rəyində belə deyilir. Komissiyanın baş müstəntiqi Abdygany Erkebaev deyib ki, əsas günahkarlarda biri etnik özbək olan, keçmiş deputat Kadurzhan Batyrov olub.

İstintaq həmçinin bir sıra Özbək və rusların da qarşıdurmaları qızışdırmaqda fəallıq göstərdiyi, yerli hökumətin isə vəziyyəti nəzarətə almaq üçün təhlükəsizlik qüvəvlərini gec cəlb etməsi səbəbindən zorakılığın yayıldığı qənaətinə gəlib.

Ötən il baş verən özbək-qırğız toqquşmaları zamanı yüzlərlə adma həlak olub, minlərlə adam isə yaşadığı yerlədən didərgin düşmüşdü.
XS
SM
MD
LG