Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:04

Tunisdə iğtişaşlar zamanı azı 35 nəfər ölüb


Mərkəzi Parisdə yerləşən beynəlxalq insan hüquqları federasiyası bu barədə məlumat verib. Federasiyanın prezidenti 35 nəfərin adının məlum olduğunu bildirib. Bununla belə ötən həftə sonu baş verən qarşıdurmada zərərçəkənlərin sayının daha çox olduğu güman edilir.

Tunisdə işsizliyin səviyyəsinə etiraz olaraq ötən ilin dekabrından aksiyalar keçirilir. ABŞ hökuməti aksiyaların zorla yatırılmasından narahatlığını bildirib.

BMT və Avropa Birliyi Tunis hökumətini nümayişçilərə qarşı təmkinli olmağa çağırıb.

XS
SM
MD
LG