Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:16

Həkimlərin növbəti imtahanı yanvarın 12-də olacaq


Səhiyyə işçilərinin sertifikasiyası məqsədilə ikinci imtahan yanvarın 12-də keçiriləcək.

İmtahan anesteziologiya-reanimatologiya və pediatriya ixtisasları üzrə nazirliyin Tibbi Kitabxanasının binasında təşkil olunub.

Sertifikasiya prosesi iki mərhələdən - test imtahanı və müsahibədən ibarətdir. İlk mərhələdən müvəffəqiyyətlə keçən tibb mütəxəssisləri müsahibəyə dəvət olunur. Üç saat davam edəcək imtahanda 100 sualdan ən azı 60-na düzgün cavab verən həkimlər müsahibəyə buraxılacaqlar.

İlk imtahan yanvarın 5-də mama-ginekologiya və terapiya ixtisasları üzrə keçirilib. İmtahanda iştirak edən 23 həkimin 92%-i uğurlu nəticələr əldə edib.

Növbəti imtahan yanvarın 19-da oftalmologiya və ümumi cərrahiyyə ixtisasları üzrə olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG